Nazim Bağırov karyerasını İspaniyada davam etdirə bilər.
Yanvarda “Olimpiakos Volos”un düşərgəsində olaraq baxışdan uğurla keçən 22 yaşlı həmyerlimizin Yunanıstan təmsilçisi ilə müqavilə bağlamasına son anda çempionatdakı legioner limitini mane olmuşdu.
Çıxılmaz vəziyyətdə qalan yarımmüdafiəçi hazırda Polşadadır. Yerli klublarla danışıq aparır, bu ölkənin aşağı liqasında mübarizə aparan klublardan biri ilə yaya qədər müqavilə bağlamaq istəyir.
Həmin klublardan hansısa biri yaya qədər anlaşmağa razı olsa, Nazim karyerasını Polşada davam etdirəcək. Əks halda, İspaniyanın 3-cü liqasında yarışan “Talavera de la Reyna”ya keçidi gündəmə gələcək.
İspaniya təmsilçisi Bağırovun xidmətində maraqlıdır və həmyerlimizlə uzun müddətli sözləşmə əldə etmək istəyir.
Nazim Bağırov “Bakı”nın yetirməsi olsa da, ötən mövsümü “Neftçi-2”də keçirib, bu komanda ilə Birinci Divizionun qalibi olub.
Yayda Gürcüstan “Şevardeni”si ilə müqavilə bağlayaraq dekabra qədər bu komandada 4 oyun keçirib.
HƏBİB / SPORTİNFO.AZ

