"Dinamo" onun indiyədək oynadığı klublarla müqayisədə ikinci pillədədir".
Sportinfo.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Nikola Yurçeviç "Dinamo" ya keçən Mahir Emreli haqda fikirlərini bildirib.
Xorvatiyalı mütəxəssis yığmamızın hücumçusunun beynəlxalq təcrübəsinin Zaqreb klubuna xeyir verəcəyini söyləyib:
"Mahir həm millidə, həm də "Qarabağ"la "Legiya"da avrokubok təcrübəsi yaşayıb. Hücum xəttindəki rəqabət digər oyunçulara da fayda verəcək.
Ona görə də "Dinamo"nun narahat olmağa heç bir əsası yoxdur".

