"Azərbaycan vətənimdir, vətəndaşlığı dəyişmək lazım olsa, hazıram"

21 Fevral 2022 03:00 Bizimkilər 1 961
"Azərbaycan vətənimdir, vətəndaşlığı dəyişmək lazım olsa, hazıram"

“Bəli, Azərbaycandan təklifim var idi.

Sadəcə, agentlə məsləhətləşdik ki, mövsüm sonuna qədər burada qalıb oynayım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Rinat Hüseynov deyib.

"Amkar" yetirməsi olan və hazırda Permin "Zvezda" klubunda çıxış edən müdafiəçi yaydan sonra Azərbaycan çempionatında çıxış etmək variantından söz açıb:

"Yaxşı təklif olarsa, bu, haqda agentimlə düşünəcəyik. Hətta vətəndaşlığı dəyişdirmək lazım gələrsə, hazıram. Çünki Azərbaycan mənim vətənimdir.

Vətəndaşlığımı dəyişdikdən sonra Azərbaycan millisinə cəlb olunmaq? Hər şey mümkündü və hər şey məndən asılıdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!