Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Namiq Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Namiq də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Bursaspor” 26 turdan sonra 24 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

