Olimpiada ilə medalsız vidalaşan 16 azərbaycanlı idmançı - ADLAR

26 İyul 2021 19:20 Bizimkilər 1 059
Olimpiada ilə medalsız vidalaşan 16 azərbaycanlı idmançı - ADLAR

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançısından 16-sı çıxışlarını başa vurub.

Sportinfo.az xəbər verir ki, iyulun 24-dən mübarizəyə qoşulan 19 idmançımızdan 16-sı medal qazanmadan Olimpiada ilə vidalaşıb.

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (-63 kq) və Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

Güllə atıcısı Ruslan Lunyov isə 10 metr məsafəyə atəşdə uğursuz çıxış edib. Amma onun avqustun 1-də 25 metr məsafə yarışında medal qazanmaq şansı var.

Cüdo: Aişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq)

Güllə atıcılığı: Emin Cəfərov

Boks: Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq)

Qılıncoynatma: Anna Başta

Şose velosipedi: Elçin Əsədov

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadəngah

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Taekvando: Fəridə Əzizova (67 kq), Milad Beiqi Hərçəqani (80 kq)

Triatlon: Rostislav Pevstsov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”