Millimizin son iki matçının vaxtı və yeri müəyyənləşdi

11 Yanvar 2025 03:10 Basketbol 1 100
Millimizin son iki matçının vaxtı və yeri müəyyənləşdi

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə qrup mərhələsində keçirəcəyi son iki görüşün məkanı və saatları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat yayıb.

Millimiz fevralın 6-da Ostende şəhərində yerləşən “COREtec Dome” arenada qrup lideri Belçika yığmasının qonağı olacaq.

Bundan üç gün sonra - fevralın 9-da komanda “Sərhədçi” İdman Mərkəzində Polşanı qəbul edəcək.

Belçika ilə oyun Bakı vaxtı ilə saat 23:15-də, Polşaya qarşı matç isə 17:00-da başlayacaq. Yarışın final mərhələsi 2025-ci ilin iyununda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti