"Gəlirimiz olaydı, fonda mütləq dəstək göstərərdik" - Nazim Süleymanov

27 Mart 2020 20:40 Azərbaycan Futbolu 684
"Gəlirimiz olaydı, fonda mütləq dəstək göstərərdik" - Nazim Süleymanov

Bir neçə gün əvvəl ölkə prezidenti İlham Əliyev tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

İlk olaraq elə dövlət başçısı bir illik əməkhaqqını fonda köçürdüyünü açıqladı. Birinci vitse-prezident Mehriban Əliyeva da eyni addımı atdı.

Bundan sonra müəyyən təşkilatlar, banklar və müəssisələr də bu təşəbbüsə qoşuldular. Futbol ictimaiyyətindən isə hələ ki, yalnız "Qarabağ"ın futbolçuları və baş məşqçisi Qurban Qurbanovun fonda 70 min manat, "Neftçi"nin idman direktoru Ceyhun Sultanov isə min manat köçürmə edib.

Həmkarlar İttifaqının sədri Nazim Süleymanov Sportinfo.az-a açıqlamasında büdcələri olsaydı məmuniyyətlə fonda yardım etməyə hazır olduqlarını bildirib: "Belə bir fondun yaradılmasına münasibətim çox gözəldir.

Ancaq bizim hansısa hesabımız və ya gəlir mənbəyimiz yoxdur. Üzvlərimiz də çoxdandı işləmir. Təşkilatımız heç qeydiyatdan da keçməyib. Əlbəttə, hesabımız olsaydı, fonda mütləq dəstək göstərərdik"

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var