AFFA-dan cəsarətli açıqlama: Futbolumuzda istedadlar necə məhv edilir?

AFFA-dan cəsarətli açıqlama: Futbolumuzda istedadlar necə məhv edilir?

Uşaq futbolunda çox ciddi problemlər var.

İnfrastruktur, sistem və.s kimi.

Məncə, birinci həll edilməli qüsur savadlı məşqçi azlığıdır.

Məsələnin bu hissəsi adətən kölgədə qalır.

Daha çox infrastruktur, akademiylar, maliyyə qabardılır.

Yaxşı məşqçi yoxdursa, digərlərinin olmasının mənası yoxdur.

Bacarıqlı mütəxəssis əksər hallarda həm də ədalətli insan obrazında olur.

Yarımfabrikat akademiyalarda, aşağı yaş millilərdə tapşırıqla oyunçuların irəli çəkilməsi halları var.

Belədə bir çox hallarda istedadlar, istedadı az olub, amma intizamlı, hədəfi ciddi olan uşaqlar məhv edilir.

Bu günün və ya dünən söhbəti deyil.

İllərin iddiasıdır.

Tək mən yox, futbol sferasında olan hər kəs bunu bilir, eşidir.

Bəzən görür də.

Təəssüf ki, lazım olan tədbir alınmır.

Sübut edilməsi müşkül məsələ deyil.

Sadəcə ciddi araşdırmalar tələb olunur.

O da yoxdur.

Boşluqda qalan bir çox məşqçilər fürsəti "mükəmməl" dəyərləndirir.

Amma dindirsən elə birinci həmin şəxslər ilahi ədalətdən danışacaq.

Neqativ halları yaxın buraxmayacaq. Hər şeyin ədalətli olduğuna adamı inandırmağa çalışacaq.

Problem valideynlər olacaq, tərbiyəsiz, intizamsız uşaqlar olacaq.

Halbuki tərbiyəsizin, vicdansızın yekəsi cibə, ələ baxan...

Tapşırıqla seçim aparan, sistem quran məşqçilər, onların əlaltılarıdır.

Bunu biz dilə gətirəndə, yazanda çestlərinə dəyirdi, olmayan vicdanları sızlayırdı.

Bu dəfə pərdəarxasındakı qaranlıq dünyanızı valideynlər, uşaqlar və ya biz media yox, birbaşa AFFA rəhbərliyi ifşa etdi.

Baş katib Cahangir Fərəcullayev kamera və analiz platforması olan şirkətlə anlaşma zamanı uşaq futbolundan bəhs edərkən

"Problemli mövzulardan biri odur ki, bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır" fikrini səsləndirib.

Bu, milli məşqçilərinin timsalında bütün uşaq məşqçilərinə verilən açıq mesajdır.

Görəsən, buna nə deyəcəksiniz?

Cəsarətli açıqlamadır.

Görün, vəziyyət nə qədər acınacaqlıdır ki, cəmi 2 ildi AFFA-da yer alan Canahgir bəy də bunu görür, açıq etiraf edir.

Buna görə Cahangir Fərəcullayevə təşəkkür edirəm.

İndi isə qəhrəmanlıq edib həmin şəxsləri futboldan uzaqlaşdırmaq, ədalət prinsiplərini bərpa etmək, güclü olanlara meydan vermək zamanıdır. Futbolumuzun inkişafı bundan keçmir, buradan başlayır/ başlamalıdır.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti