Əvəzedici Liqa ilə bağlı AFFA-da fikir ayrılığı yaranıb.
Hələ ötən mövsümdən adıçəkilən yarışın ləğv edilməsi gündəmdədir.
Sadəcə "Neftçi" və "Qarabağ"ın bu addıma qarşı çıxması qərarı təxirə saldı.
Növbəti mövsümdən "ikincilər"in yarışının keçirilməməsi ehtimalı yüksək idi.
Amma yenə plan baş tutmaya bilər.
Federasiya yekun qərar verməkdə çətinlik çəkir.
"Neftçi" və "Qarabağ" tərəfi kimi federasiyada da yarışın ləğv edilməsini istəməyən qüvvələr var.
Görünən odur ki, bu su hələ çox xəmir aparacaq.
Hazırkı məqamda yarışın ləğv edilməsi real görünmür.
Amma hər an qərar dəyişə bilər.
Prosesi yaxından izləyirik.
XANOĞLAN / SPORTİNFO.AZ

