2027-ci ildə Özbəkistanla şərikli keçiriləcək 20 yaşadək (U-20) futbolçular arasında dünya çempionatının (DÇ) Azərbaycanda keçirilməsi nəzərdə tutulan oyunları Bakı, Sumqayıt, Gəncə, Qəbələ şəhərləri ilə bərabər Xankəndidə də keçirilməsi planlaşdırılır.
Amma dünya çempionatının (DÇ) bəzi oyunlarını Xankəndi şəhər stadionuna salmaq planı baş tutmaya bilər.
Buna səbəb idman qurğusunda aşkarlanan problemlərdir.
UEFA nümayəndəsi Qarabağda olub.
Adıçəkilən stadiona baxış keçirən əcnəbilər bəzi qusurlar aşkarlayıb.
Əsas problem tribunların meydançaya yaxın olmasıdır.
Reklam lövhələri yerləşdirməyə, çəkiliş aparmağa şərait yoxdur.
Başqa nöqsanlar da göstərilib.
Hazırkı vəziyyətdə oyunların orada keçirilməsi mümkünsüz görünür.
Amma qarşıda hələ vaxt var.
İradları aradan qaldırmaqla problemi həll etmək olar.
XANOĞLAN / SPORTİNFO.AZ

