Xaricdən qayıtdı, bölgə klubuna hansı şərtlərlə keçdi?

21 İyun 2022 23:00 Azərbaycan Futbolu 1 477
Xaricdən qayıtdı, bölgə klubuna hansı şərtlərlə keçdi?

"Sabah"ın üzvü Şakir Seyidovun növbəti mövsüm Premyer Liqanın digər təmsilçisi "Turan Tovuz"da çıxış edəcəyini xəbər vermişdik.

Mart ayından Latviyanın "Dauqavplis" komandasında icarədə oynayan futbolçumuz Tovuz təmsilçisində də icarə əsaslarla oynayacaq.

Artıq tərəflər arasında bütün detallar razılaşdırılıb.

21 yaşlı yarımmüdafiəçinin aylıq maaşı ilə bağlı da xüsusi razılaşma var. Beklə ki, onun məvacibini heç də tam olaraq bölgə klubu qarşılamayacaq.

Şakirin davamlı oynamaq istəyini müsbət qarşılayan rəhbərlik hətta onun maaşının müəyyən hissəsini də öz üzərinə götürməyə razılaşıb.

Təbii ki, Masazır təmsilçisini burda düşündürən əsas məsələn gənc futbolçusunun davamlı şans qazanması, oynaması və formada qalmasıdır.

Yaxın günlərdə Şakir Seyidov "Turan Tovuz"un Bakıdakı təlim-məşq toplanışına qatılacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR