UEFA qadağa qoysa da, “Ayntraxt” onları Bakıya gətirdi

21 Yanvar 13:20 Azarkeş 2 036
UEFA qadağa qoysa da, “Ayntraxt” onları Bakıya gətirdi

UEFA-nın səfər oyunlarında azarkeş qadağası qoymasına baxmayaraq, “Ayntraxt”ın 14-15 fanatı Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, onlar bu gün baş tutacaq “Qarabağ”la Çempionlar Liqası matçını izləmək üçün paytaxtımızda olacaqlar.

Qitə futbol qurumunun alman fanatları bundan öncəki oyunlarda etdiklərindən dolayı cəzalandırmasına görə, onlar matçı Azərbaycan təmsilçisinin tərəfdarlarının olduğu tribunalarda izləyəcəklər.

Həmin fanatların “Ayntraxt” forması geyinməsi də mümkün olmayacaq.

“Qarabağ” – “Ayntraxt” matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM