"Hamı başa düşdü ki, nəyisə qurban vermək lazımdır"

18 Mart 2020 00:42 AÇ-2020 761
"Hamı başa düşdü ki, nəyisə qurban vermək lazımdır"

"Biz çox sayda insanın nəfəs aldığı və yaşadığı idmanı idarə edənlərik. Məhz bu anlarda futbol ictimaiyyəti birlik, məsuliyyət və həmrəylik nümayiş etdirməlidir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri qitə futbol qurumunun prezidenti Aleksander Çeferin AVRO-2020-nin təxirə salınması barədə danışarkən deyib.

Sloveniyalı futbol funksioneri bildirib ki, azarkeşlər, işçilər və oyunçuların sağlamlığı UEFA-nın bir nömrəli prioritetidir: "Buna görə də cari mövsüm yarışların təhlükəsiz başa çatması üçün bəzi variantlar təklif etdik.

Avopa futbolu üzrə həmkarlarımın reaksiyaları ilə qürur duyuram. Əsl əməkdaşlıq ruhu nümayiş etdirdilər. Hamı başa düşdü ki, daha yaxşı nəticəyə nail olmaq üçün nəyisə qurban vermək lazımdır. Belə bir şəraitdə Avropa çempionatını keçirə bilməzdik".

A.Çeferin vurğulayıb ki, Avropa futbolunun idarəedici orqanı olan UEFA-nın bu prosesə rəhbərlik etməsi və ən böyük fədakarlıq göstərməsi vacib idi:

"AVRO-2020-ni keçirmək böyük xərc tələb edir. Lakin biz quruma üzv olan 55 ölkədəki oyun səviyyəsinin, qadın futbolunun və inkişafının həyati əhəmiyyətli maliyyələşdirilməsinə zərər verməmək üçün əlimizdən gələni edəcəyik. Ümumilikdə Avropa futbolunun xeyri naminə bu qərarı qəbul etdik".

UEFA quruma üzv olan 55 milli assosiasiya ilə bugünkü videokonfransında AVRO-2020-nin təxirə salınmasına və gələn yay keçirilməsinə qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu