Daha bir ölkə AVRO-2020 ilə bağlı zəmanət verdi

18 May 18:20 AÇ-2020 624
Daha bir ölkə AVRO-2020 ilə bağlı zəmanət verdi

Avropa çempionatının Şotlandiyanın Qlazqo şəhəri üzrə Təşkilat Komitəsi AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Assosiasiya rəhbərliyi UEFA-ya yarışı keçirmək niyyətini təsdiqləyən məktub göndərib.

Daha öncə Britaniya mediası Şotlandiya tərəfinin AVRO-2020-nin matçlarından imtina etməsi barədə məlumat yaymışdı.

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar mayın 27-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək. Qlazqo şəhərindəki "Hampden Park" stadionunda qrup mərhələsinin 3, 1/8 finalın isə bir oyunu keçiriləcək.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?