"Neftçi", "Sumqayıt", "Keşlə" üçün: AL-ın yeni mövsümünün tam təqvimi

2 İyul 16:28 Avropa Liqası 1 285
"Neftçi", "Sumqayıt", "Keşlə" üçün: AL-ın yeni mövsümünün tam təqvimi

UEFA Avropa Liqasında 2020/2021 mövsümünün tam təqvimini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi", "Sumqayıt", "Keşlə" mübarizəyə avqustun 27-də I təsnifat mərhələsindən başlayacaq.

Bunadək 20 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. II təsnifat mərhələsi 17 sentyabrda, III təsnifat mərhələsi 24 sentyabrda gerçəkləşəcək. Oktyabrın 1-də pley-off mərhələsinin görüşləri təşkil olunacaq. Bu qarşılaşmalar bir oyunluq sistemlə təşkil olunacaq.

Qrup mərhələsində 6 tur müvafiq olaraq, 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr və 10 dekabrda nəzərdə tutulub.

2021-ci ildə isə bu oyunlar olacaq:

1/16 final

İlk oyunlar - 18 fevral, cavab görüşləri - 25 fevral

1/8 final

İlk oyunlar - 11 mart, cavab görüşləri - 18 mart

1/4 final

İlk oyunlar - 8 aprel, cavab görüşləri - 15 aprel

Yarımfinal

İlk oyunlar - 29 aprel, cavab görüşləri - 6 may

Final

26 may

Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Yunanıstanın paytaxtı Afinada təşkil olunacaq.

Xəbər Lenti
5 Avqust 21:20 Quliyev riskə getmədi
5 Avqust 16:28 "Qarabağ" yenidən...
5 Avqust 12:16 250 manat alacaqssız