“Düdelanj”ın bombardiri “Qarabağ”a qol vurmayacaq

30 Noyabr 2019 09:28 Avropa Liqası 1 010
“Düdelanj”ın bombardiri “Qarabağ”a qol vurmayacaq

Avropa Liqasının qrup mərhələsinin son turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Düdelanj” ciddi itki ilə üzləşib. Sportinfo.az xəbər verir ki, Lüksemburq təmsilçisi ən yaxşı bombardirini itirib.

Komandasının qrupda vurduğu 7 qoldan 4-nə imza atan Danel Sinani dekabrın 12-də “Qarabağ”a qarşı keçiriləcək matçda oynamayacaq.

Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. APOEL-lə dünən keçirilən V turun matçında qırmızı vərəqə alan 22 yaşlı yarımmüdafiəçi Bakıdakı qarşılaşmanı buraxacağndan Bakıya da gəlməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti