"Qarabağ" bizim işimizi çox çətinləşdirdi"

8 Noyabr 2019 10:52 Avropa Liqası 866
"Qarabağ" bizim işimizi çox çətinləşdirdi"

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn APOEL-in kapitanı Nikolas İonannu matçdan sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, komandasının qələbə qolunu vuran kiprli müdafiəçi zəfəri şərh edib: "İkinci hissədə möhtəşəm oynadıq. Komanda yoldaşlarımı təbrik edirəm.

Qələbənin mərhələ adlamaq üçün nə qədər önəmli olduğunu bilirdik. Hələ heç bir şey bitməyib. "Qarabağ" bizim işimizi çox çətinləşdirdi. Rəqib çox yaxşı komandadır.

Bu rəqiblə oynadığımız dörd oyun bərabər səviyyədə keçib. Ancaq bu oyunlarda mərhələ keçməyə və qalib gəlməyə layiq olduğumuzu göstərdik. "Düdelanj" bizi Kiprdə məğlub edib. Ona görə də səfərdə son dərəcə diqqətli olmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”