Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununun əmsalları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bukmekerlər Azərbaycan çempionunu daha şanslı hesab edirlər.
Bakıda baş tutacaq qarşılaşmada “Qarabağ”ın qələbəsi 2,20 əmsalla qiymətləndirilib. Qonaqların qalib gəlməsinə 3,60 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 3,50-dir.

