Futbol üzrə Avropa Liqasında bu axşam qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" komandası Bakıda Kiprin APOEL klubunu qəbul edib.
Bu, Ağdam təmsilçisinin cari avrokubok mövsümündə Kipr çempionu ilə 3-cü matçı olub. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-ə uduzaraq mübarizəni dayandırmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan "Qarabağ" evdə 2 cavabsız qolla uduzmuşdu. Bu baxımdan bugünkü görüş "Qarabağ" üçün həm də revanş sayıla bilərdi. Kifayət qədər gərgin mübarizə şəraitində keçən matçda qalib müəyyənləşməyib - 2:2.
A qrupunun digər oyununda "Sevilya" "Düdelanj"ı qəbul edəcək.
Avropa Liqası. Qrup mərhələsi. 3-cü tur
24 oktyabr
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2
Qollar: Dani Kintana, 13, Ailton Silva, 59 - Maksim Medvedev, 29-avtoqol, Linus Hallenius, 45
Hakimlər: Filip Qlovaya, Frantişek Ferents və Yan Pozor, Peter Zimba (Slovakiya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 1. Asmir Beqoviç, 3. Ailton Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda, 10. Dani Kintana, 17. Abdullah Zubir, 99. Maqaye Qeye
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 6. Simeon Slavçev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev
APOEL: 27. Vid Belets, 6. Qentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorgios Merkis, 29. Praxitelis Vuros, 44. Nikolas İonnu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorgi Efrem, 17. Antonio Yakolis, 23. Joazinyo, 46. Statis Aloneftis, 89. Roman Bezjak, 95. Alef
| 1 | Sevilya |
2 | 2 | 0 | 0 | 4-0 | 6 |
| 2 | QARABAĞ |
3 | 1 | 1 | 1 | 6-6 | 4 |
| 3 | Düdelanj |
2 | 1 | 0 | 1 | 5-7 | 3 |
| 4 | АPOEL |
3 | 0 | 1 | 2 | 5-7 | 1 |

Sevilya
QARABAĞ
Düdelanj
АPOEL
