Qurban Qurbanov: "Məcburuq" - VİDEO

24 Oktyabr 2019 00:42 Avropa Liqası 765
Qurban Qurbanov: "Məcburuq" - VİDEO

Bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi: "Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik.

Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək. Məcburuq ki, APOEL-ə ciddi yanaşaq".

Video: Qarabağ FK

Digər Xəbərlər
Xəbər Lenti