APOEL-dən “Qarabağ”a: "Davranışlarınıza görə təşəkkür!"

24 Oktyabr 2019 00:28 Avropa Liqası 918
APOEL-dən “Qarabağ”a: "Davranışlarınıza görə təşəkkür!"

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - APOEL oyunundan öncə klub rəsmiləri bir araya gəlib. Sportinfo.az xəbər verir ki, Kipr klubunun prezidenti Prodromos Petridis və Ağdam təmsilçisinin idarə heyətinin üzvü Fevzihan Aras görüşüb.

Fevzihan Aras "Qarabağ"ın rəmzi olan at heykəlini Petridisə bağışlayıb. APOEL "Twitter" hesabında xoş münasibət üçün "Qarabağ"a təşəkkür edib:

"Meydandan kənardakı davranışlarınıza görə təşəkkür edirik! Sabah meydanda qürurumuz və tariximiz üçün savaşacağıq".

"Qarabağ" - APOEL oyunu saat 20:55-də Tofiq Bəhramov adına Respbulika Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA