"Mənim başım heç vaxt ağrımır" - APOEL-in baş məşqçisi

23 Oktyabr 2019 18:35 Avropa Liqası 570
"Mənim başım heç vaxt ağrımır" - APOEL-in baş məşqçisi

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq APOEL-in baş məşqçisi Tomas Doll oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az-ın konfransda iştirak edən əməkdaşı xəbər verir ki, 53 yaşlı almaniyalı mütəxəssis öncə APOEL-in avqustda Bakıda qazandığı qələbəni təkrarlamaq istədiklərini deyib.

- Avqust ayında “Qarabağ”ı məğlub etmişdiz. Bunu təkrarlamağa hazırsız?
- Əlbəttə, çalışacağıq ki, bunu təkrar edək. Qrupda 0 xalımız var. Buna görə də bizə qələbə lazımdır.

- APOEL evdə “Düdelanj”a uduzdu. “Qarabağ” isə bu komandaya səfərdə qalib gəldi. Sizdə “Qarabağ”la bağlı hansı fikirlər formalaşdı?
- Nəticələr tarixdir. Oyun 0:0 hesabı ilə başlayır. Belə şeylər önəmli deyil.

- İki ay əvvəl “Qarabağ”a qalib gəlmişdiz. Bu müddətdə komandada nə dəyişiklər baş verib?
- Bizim “Qarabağ”la son oyunumuz final xarakteri idi. Bu da həmin matç qədər əhəmiyyətlidir. Xallara ehtiyacımız var. Bura oyunumuzu nümayiş etdirməyə gəlmişik. Bu matça ürəyimizi qoymalı, həvəslə oynamalıyıq. Son matçda “Qarabağ”a dəstək böyük idi. Bu da futbol adına gözəl amildir. Bizə nəsə təsir etməyəcək. Bura müsbət nəticə qazanmaq üçün gəlmişik.

- Sizə başağrı verən məsələlər hansılardır?
- Mənim başım heç vaxt ağrımır. Oyuna ciddi hazırlamışıq, əhəmiyyətini bilirik. Oyuna hazır olmalıyıq. Avropa Liqası hər klub üçün önəmlidir. Azarkeşlər üçün də əhəmiyyətlidir. Nə etmək istədiyimizi bilirik. “Qarabağ”la son matçımızda bunu etdik. Lazım olan anda qollar vurduq. Planlarımız yaxşı işləməlidir. Təcrübəli oyunçularımız var. Önəmli oyunlarda çıxış ediblər. Yaxşı oynamalıyıq və qalib gəlməliyik.

- Avqustda sizi gülərüz insan kimi tanımışdıq. İndi isə qüssəli görünürsüz.
- Uzun yol gəlmişik. Bir az yorğunam. Oyunla əlaqəsi yoxdur. Sabahkı oyundan sonra gülən mən olacam, narahat olmayın.

- Sabahkı oyunda məğlubiyyətiniz APOEL üçün qrupda mübarizəni başa vurmaq demək olacaq, yoxsa fərqli düşünürsünüz?

- Ümumiyyətlə, heç bir oyuna başlamazdan əvvəl neqativ düşünmək olmaz. Bu, təkcə futbola aid deyil, həyatda da belə olmaq lazımdı. Futbol da həyatın bir hissəsidi. Meydana yalnız qələbəni düşünərək çıxmalıyıq. Tam hazırıq matça.

- Tomas De Vinsentenin yoxluğu sizin komandanız üçün ciddi itkidi? Başqa zədəli futboçularınız var?

- Əlbəttə, bu, itkidi. Ancaq onu əvəz edəcək yaxşı futbolçularımız da var. Onlar da matça hazırdılar. Oyuna Tomas və hazırda komandamzıda olmayan digər futbolçularımız üçün də çıxacağıq.

Digər Xəbərlər
Xəbər Lenti