"Qarabağ"ı məyus etmək üçün alışıb-yanan ərəb

23 Oktyabr 2019 22:50 Avropa Liqası 983
"Qarabağ"ı məyus etmək üçün alışıb-yanan ərəb

APOEL-in futbolçusu Musa əl-Tamari Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyuna tilsimi qırmaq gözü ilə baxır. Sportinfo.az xəbər verir ki, İordaniya millisinin lideri qolsuzluq seriyasına Bakıda son qoymaq arzusundadı.

Məsələ burasındadı ki, 22 yaşlı vinger artıq 6 aydan çoxdu ki, qol üzünə həsrətdir. O, sonuncu dəfə aprelin 13-də "Nyu Salamis"lə qarşılaşmada rəqib qapısına yol tapa bilib.

Kiprli həmkarlarımız əl-Tamarinin bu seriyanı məhz "Qarabağ"la Bakıdakı qarşılaşmada qırmaq arzusunda olduğunu yazıblar. Ötən ilin yayından Nikosiya klubunun formasını geyinən futbolçu bu müddət ərzində cəmi 9 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA