"Qarabağ"ın futbolçusu tullandı, qışqırdı, rolunu yaxşı "oynadı"

23 Oktyabr 2019 10:10 Avropa Liqası 692
"Qarabağ"ın futbolçusu tullandı, qışqırdı, rolunu yaxşı "oynadı"

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Düdelanj"ın heytində itki baş verib. Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Mişel Qaros uzun müddətə sıradan çıxıb.

31 yaşlı futbolçu ölkə çempionatının IX turunda "Fola" ilə görüşdə sıradan çıxıb. Həkim müayinəsindən sonra Qarosun dizində ciddi problem aşkarlanıb. Futbolçu təxminən 6-8 həftə sonra yaşıl meydanlara dönə biləcəyini deyib.

Yəni Qaros üçün Avropa Liqasında qrup mərhələsi macərası başa çatıb. Fransalı futbolçu, onsuz da, "Sevilya" ilə qarşıdakı matçı buraxacaqdı. Çünki Qaros ötən tur "Qarabağ"la keçirilən qarşılaşmanın 62-ci dəqiqəsində qırmızı vərəqə almışdı.

Həmin epizoda münasibət bildirən orta sahə oyunçusu şotlandiyalı baş hakim Con Bitonun ağır qərar verdiyini düşünür: "Hakimin verdiyi qırmızı vərəqə çox ağır qərar idi. Bunu videotəkrardan da görmək mümkündü.

Ayaqlarımı yerdən qaldırmadığım aydın görünür. Ancaq rəqib futbolçu tullandı, qışqırdı, bir sözlə, rolunu yaxşı "oynadı". Hakimin şotlandiyalı olmasına belə şübhəm yarandı. O, evdə də zəif görməlidi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!