"Qrupdan çıxmaq imkanlarımız çox deyil" - "Düdelanj"ın prezidenti

22 Oktyabr 2019 14:24 Avropa Liqası 804
"Qrupdan çıxmaq imkanlarımız çox deyil" -

"Düdelanj"ın prezidenti Romain Şumaxer İspaniya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "Estadio Deportivo"ya danışan klub rəhbəri komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışı və növbəti mərhələ şanslarını dəyərləndirib:

"APOEL-i səfərdə məğlub etmişdik. Lakin "Qarabağ"la evdəki oyunda üç xalı qazana bilmədik. Hazırda bizim imkanlarımız çox deyil. Amma missiyamızın mümkünsüz olmadığını düşünürəm. İstənilən halda indiki vəziyyətdə qrupdan çıxmaq şansımızın qalması belə, bizim kimi həvəskar komanda üçün böyük işdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA