Qurban Qurbanov APOEL üçün 2 "casus" göndərdi

20 Oktyabr 2019 09:28 Avropa Liqası 898
Qurban Qurbanov APOEL üçün 2 "casus" göndərdi

Avropa Liqasında ikinci dövrəyə oktyabrın 24-də start veriləcək. "Qarabağ" həmin gün Bakıda APOEL-i qəbul edəcək.

Sportinfo.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu səbəbdən 2 köməkçisini dünən Qəbələyə aparmayıb. O, Elçin Rəhmanovla Borçe Xristovu Kiprə göndərib.

Cütlük Kipr I Liqasının 6-cı turu çərçivəsində keçirilən APOEL - “Doksa" matçını izləyib. GSP stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbə ilə yekunlaşıb.

20-ci dəqiqədə hesabı Linus Hallenius açıb. Matçda son nöqtəni 88-ci dəqiqədə Andriya Pavloviç qoyub. 3 oyun keçirən Nikosiya klubu 9 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA