APOEL-dən “Qarabağ”ı qıcıqlandıra biləcək... - VİDEO

19 Oktyabr 2019 23:46 Avropa Liqası 729
APOEL-dən “Qarabağ”ı qıcıqlandıra biləcək...  - VİDEO

Kipr çempionatında 6-cı turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Doxa” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:0. Meydan sahibləri hər hissədə bir qol vurub.

APOEL bu qələbədən sonra 9 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb. Amma bu komandanın üç oyunu da təxirə salınıb. “Qarabağ”ın APOEL-lə ilk oyunu oktyabrın 24-də Bakıda, cavab görüşü isə noyabrın 7-də Kiprdə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA