"Qarabağ"la oyuna pulsuz bilet

18 Oktyabr 2019 10:40 Avropa Liqası 884
"Qarabağ"la oyuna pulsuz bilet

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - APOEL oyununu canlı izləməyə kiprli azarkeşlər də gələcək. Sportinfo.az xəbər verir ki, Nikosiya təmsilçisi bununla bağlı elan yayıb.

Elanda qeyd olunub ki, TRAVELNETCY Səyahət Agentliyi ilə Bakıya səfər edəcək azarkeşlərə şirkət tərəfindən havayı biletlər paylanacaq. Bundan başqa, bu səfər azarkeşlərin "Sadiqlik üzvü" kartına 125 xal qazandıracaq.

"Qarabağ" - APOEL matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA