"Qarabağ" onu gözləsin

18 Oktyabr 2019 09:42 Avropa Liqası 919
"Qarabağ" onu gözləsin

Avropa Liqasının qrup mərhələsində növbəti iki turda "Qarabağ"la qarşılaşacaq APOEL-in zədəli futbolçusu Praxitelis Vouros zədəsini sağaldıb.

Sportinfo.az "Kerkida"ya istinadən xəbər verir ki, sol qolunda qırıq aşkarlandığı üçün uzun müddət oynamayan 24 yaşlı müdafiəçi iki aylıq fasilədən sonra geri dönməyə hazırdır.

Komandanın aparıcı simalarından olan yunanıstanlı futbolçu Kipr çempionatında "Doxa" və Avropa Liqasında "Qarabağ"la görüşlərdə oynaya bilər.

"Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA