"Qəbələ" APOEL-in xahişini yerə salmadı - Kiprlilər "Qarabağ"la oyuna...

17 Oktyabr 2019 15:06 Avropa Liqası 1 214
"Qəbələ" APOEL-in xahişini yerə salmadı - Kiprlilər

UEFA Gənclər Liqasında mübarizə aparan "Qəbələ" gələn həftə qarşılaşacağı APOEL-in xahişini yerə salmayıb.

Sportinfo.az saytının əldə etdiyi məlumata əsasən, Kipr klubu Avroliqanın "Qarabağ"la qrup oyununu nəzərə alaraq, UEFA və "Qəbələ"dən xahiş edib ki, əvəzedicilər Azərbaycana əsas heyətlə birlikdə gəlsinlər, əlavə xərcə düşməsinlər.

UEFA və bölgə klubumuz oktyabrın 23-də keçirilməli olan qarşılaşmanın bir gün sonraya - oktyabrın 24-də baş tutacaq "Qarabağ" - APOEL matçıyla eyni günə salınmasına etiraz etməyib.

Kiprlilər Azərbaycana oktyabrın 23-də çarter reysi ilə gələcəklər. Həmin gün əvəzedicilər Qəbələyə yollanacaq. Qonaqlar 24-ü günorta saat 14:00-da başlayacaq "Qəbələ" - APOEL duelindən sonra Bakıya yola düşüb "Qarabağ" - APOEL görüşünü stadiondan izləyəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA