"Oyun "Qarabağ"ın istədiyi tempdə keçdi" - "Düdelanj"ın baş məşqçisi

17 Oktyabr 2019 11:45 Avropa Liqası 723
"Oyun "Qarabağ"ın istədiyi tempdə keçdi" -

"Düdelanj"ın baş məşqçisi Bertrand Krasson Avropa Liqasındakı çıxışları haqqında danışıb.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Lüksemburq klubunun baş məşqçisi qrup mərhələsində APOEL və "Qarabağ"la oyunları xatırlayıb:

"APOEL-ə qarşı Nikosiyadakı oyunumuz əsl cəsarət, inanılmaz və tarixi hadisə idi. Bunu həmişə xatırlayacam. Mənim üçün uğurlu debüt oldu. Sonra "Qarabağ"a məğlub olduq. Həmin matç əvvəldən-axıra kimi rəqibin istədiyi tempdə keçdi. İndi "Sevilya" ilə ardıcıl iki oyunumuz olacaq. Hər kəs güman edir ki, hər iki görüşdə uduzacağıq. Ancaq şansımızı yoxlayacağıq. Bizim üçün əsas hədəf çempionatda vəziyyətimizi yaxşılaşdırmaqdır".

Qeyd edək ki, ilk turda səfərdə APOEL üzərində 4:3 hesablı qələbə qazanan "Düdelanj" 2-ci turda öz meydanında "Qarabağ"a uduzub - 1:4.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA