UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verdi

16 Oktyabr 2019 10:34 Avropa Liqası 1 060
UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verdi

UEFA "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək Avropa Liqasının III tur matçına dair statistik məlumatlarda yanlışlığa yol verib.

Sportinfo.az xəbər verir ki, qurumun rəsmi saytı Qurban Qurbanovun Ağdam klubunun baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını qeyd edib.

Amma 48 yaşlı məşqçi üçün yubiley ötən tur Lüksemburqda "Düdelanj"la görüşə təsadüf etmişdi.

"Qarabağ" - APOEL qarşılaşması oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA