Hiqlerə görə Niderland səfirliyi qarşısında aksiya - FOTOLAR

14 Oktyabr 2019 15:19 Avropa Liqası 1 253
Hiqlerə görə Niderland səfirliyi qarşısında aksiya - FOTOLAR

Macarıstan - Azərbaycan oyununda (1:0) niderlandlı hakim Denis Hiqlerin Bəhlul Mustafazadənin qolunu saymaması dünəndən geniş müzakirə olunur.

Sportinfo.az xəbər verir ki, bir qrup azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Onlar ötən gün millimizin AÇ-2020-nin seçmə mərhələsində Macarıstana Dennis Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. Fanatlar "Azərbaycan, Azərbaycan" şüarı səsləndirib, pankartlar açıblar. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.

Pankartlarda "Xalımızı geri qaytar", "Futbol siyasət deyil", "Qolu vermədiyiniz üçün, "çox sağ ol", "Niderland pendirinə hə, niderland hakiminə yox", "Ədalətsiz qərar" yazılıb.

Niderland səfirliyi etirazlara reaksiya verməyib. (Futbolpress.az)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA