"Qarabağ" təhlükəsizliklə bağlı APOEL-ə müraciət etdi

12 Oktyabr 2019 17:34 Avropa Liqası 1 190
"Qarabağ" təhlükəsizliklə bağlı APOEL-ə müraciət etdi

"Qarabağ" Avropa Liqasının qarşıdakı 2 turunda APOEL-lə qarşılaşacaq. İlk görüş oktyabrın 24-də Bakıda, növbəti oyun noyabrın 7-də Nikosiyada olacaq.

Sportinfo.az-ın məlumatına görə, "Qarabağ" təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Kipr klubu ilə danışıqlar aparılıb.

Azərbaycan çempionu Bakıdakı oyunda bütün təşkilati məsələlərin yüksək səviyyədə həll olunacağına dair söz verib.

Qarşı tərəf də cavab görüşündə təhlükəsizliklə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Görüşmələrin belə erkən başlaması təsadüfi deyil. "Düdelanj"la Lüksemburqdakı qarşılaşma zamanı bir qrup erməninin "dron təxribatı" APOEL rəsmilərində də narahatlıq yaradıb. Çünki Kiprdə yaşayan ermənilər çoxdur və onlardan kimlərsə Nikosiyada təxribat törətmək fikrinə düşə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA