Belçikalı deputat: “Qarabağ”a qarşı bu təxribat...

8 Oktyabr 2019 15:25 Avropa Liqası 742
Belçikalı deputat: “Qarabağ”a qarşı bu təxribat...

"Dudelanj" - "Qarabağ" oyunu zamanı baş verənlər qəbuledilməz hadisədir. UEFA bu məsələdə tərəf tutmamalı və klubu cəzalandırmalıdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri Belçika parlamentinin deputatı Şövkət Təmiz bildirib.

"Qarabağ beynəlxalq hüquqda da Azərbaycanın torpağıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və beynəlxalq sənədlərdə işğalçı dövlət kimi tanınır.

Azərbaycanın haqlı mövqeyi müdafiə olunur.Təəssüf ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətində 1994-cü ildən bu günə qədər heç bir irəliləyiş yoxdur və bu da bizi narahat edir.

Ümumiyyətlə, idman yarışları siyasət, şiddət və təxribat fəaliyyətlərinin meydanı olmamalıdır. UEFA-dan cəsur qərar gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidir", - deyə deputat açıqlamasında qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA