APOEL-in hücumçusu Roman Bezyak Sloveniya mətbuatına danışıb.
Sportinfo.az xəbər verir ki, sloveniyalı forvard Çempionlar Liqasının üçüncü mərhələsində “Qarabağ”la görüşləri xatırlayıb: "Qarabağ"a evdə uduzduqdan sonra komandamıza yeni baş məşqçi gəldi. Bir gecədə mənim üçün hər şey dəyişdi. Bakıda onları 2:0 hesabı ilə məğlub etdik. Daha sonra "Ayaks"a qarşı iki əla oyun keçirdik”.
Bezyak APOEL-in Avropa Liqasındakı çıxışına da toxunub: “Çempionlar Liqasında oynamaq üçün sənin top səviyyəli futbolçuların olmalıdır. Avropa Liqası bizim üçün mövcud reallıqdır. Avropa Liqasında qrup mərhələsindən çıxa bilməsək, böyük məyusluq olacaq. Reallığa qalanda isə, qrupda ikinci pilləni tuta bilərik”.

