Ramil Şeydayevin baş məşqçisini istefaya yolladılar

5 Oktyabr 2019 18:06 Avropa Liqası 606
Ramil Şeydayevin baş məşqçisini istefaya yolladılar

Rusiya Premyer Liqasının 12-ci turunda “Orenburq”la qarşılaşan “Dinamo”(Moskva) meydanı məğlub tərk edib.

Sportinfo.az xəbər verir ki, millimizin forvardı Ramil Şeydayevin də formasını geyindiyi klub 0:2 hesablı məğlubiyyətdən sonra Xoxlovu istefaya yollayıb. Rəhbərlik cari mövsümdəki uğursuzluqdan təngə gələrək 43 yaşlı mütəxəssislə yollarını ayırıb.

Yaxın günlərdə komandanın müvəqqəti baş məşqçisinin adı açıqlanacaq. “Orenburq” məğlubiyyətindən sonra “Dinamo” turnir cədvəlində 15-ci pilləyə yuvarlanıb. O, 2017-ci ildən “Dinamo”nu çalışdırırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA