Növbəti dəfə erməni həyasızlığı, erməni fintəkarlığı və erməni təxribatı ilə qarşılaşdıq. Onlar üçün heç bir dəyərin, abır-həyanın qalmadığı bir daha öz əməlləri ilə təsdiqlənmiş oldu.
Belə ki, Avropa Liqasında növbəti oyununu keçirən “Qarabağ” “Düdelanj”la qarşılaşırdı. Lüksemburqda keçirilən oyun zamanı qürurumuz, fəxrimiz olan “Qarabağ” klubu ikinci topu ev sahiblərinin qapısından keçirəndən dərhal sonra böyük bir təxribat, həyasızlıq yaşandı.
Dron vasitəsilə stadionun üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirildi. Bunun ermənilər və onun himayədarları tərəfindən edildiyinə heç kimdə şübhə qalmadı, bu təxtibatı, fitnəkarlığı, həyasızlığı yalnız onlar edə bilərdi.
Bu isə təbii ki, böyük gərginlik, hər birimizdə, eyni zamanda, “Qarabağ” klubunda böyük etiraz, narazılıq yaratdı və oyunda fasilə elan edildi".
Sportinfo.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib. Millət vəkilinin bildirdiyinə görə, Lüksemburq rəsmilərinin üzrxahlığından sonra isə oyun davam etdirildi və futbolçularımız rəqib komandanın qarşısından daha iki top keçirərək, həm ev sahibləri, həm ermənilər üzərində növbəti mənəvi qələbəsini qazandı:
“Azərbaycan futbolçuları Qarabağ məsələsində Azərbaycanın hərbi-siyasi-diplomatik qələbələrinə bu qələbəsi ilə daha birini əlavə etdi. Bəli, idman siyasət, futbol meydanı siyasət meydanı deyil.
İdman, onun şah əsəri sayılan futbol heç bir halda siyasətə alət edilməməli, kirli siyasi oyunlarına bulaşdırılmamalıdır. Amma ermənilər və onların dünyadakı, Qərbdəki himayədarları bir daha iç üzlərini açıb ortaya qoymuş oldular, onlar üçün heç bir dəyərin olmadığını nümayiş etdirdilər.
Amma dərhal da layiqli cavablarını aldılar. Qeyd edim ki, bir müddət öncə də anti-Azərbaycan ermənipərəst dairələr tərəfindən futbol təxribatı ilə üzləşmişdik.
Avroliqanın final qarşılaşmasının, “Çelsi” - “Arsenal” oyununun Bakıda baş tutmaması üçün ən rəzil, ən murdar variantlara əl atılmışdı. Azərbaycana qarşı növbəti qarayaxama və ləkələmə kampaniyasına start verilmişdi.
Amma Azərbaycanın təmkinli, səbrli və uzaqgörən siyasəti sayəsində bu təxribatın da qarşısı alınmış, final qarşılaşmasına Bakıda çox möhtəşəm şəkildə ev sahibliyi edilməklə, ermənipərəst dairələrə, bütövlükdə bütün dünyaya nələrə qadir olduğu və ola biləcəyi nümayiş etdirilmişdi.
Yəni, deməkdə məqsədim odur ki, ermənilər və onların himayədarları nə qədər cəhd etsələr də, öz istəklərinə nail ola bilmirlər və bundan sonra da bilməyəcklər, daha da rəzil günə düşüb, rüsvay olacaqlar. Necə ki, Lüksemburqda bir daha bu duruma düşdülər. Azərbaycan bütün cəbhələrdə ermənilərə və onların himayədarlarına qalib gəlir və qalib gəlməkdə davam edəcək".

