Lüksemburq Futbol Federasiyasının prezidenti Pol Filipp “Düdelanj”ın “Qarabağ”a 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup mərhələsinin II tur matçında baş verən erməni təxribatını şərh edib.
Sportinfo.az “L'essentiel”ə istinadən xəbər verir ki, 59 yaşlı funksioner baş verənləri pisləyib:
“İdman siyasi mesajları çatdırmaq üçün istifadə edilməməlidir. Bu, tərəfdarlarımızın işi deyil”.

