UEFA hesabatı gözləyir - "Düdelanj" - "Qarabağ" oyununa qiymət vermək üçün

4 Oktyabr 2019 15:46 Avropa Liqası 662
UEFA hesabatı gözləyir -

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərlə bağlı hələ intizam işi açmayıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Avropa futbol qurumunun Mətbuat xidmətindən "report"un sorğusuna cavab olaraq bildirilib. UEFA intizam işinin açılıb-açılmayacağını müəyyənləşdirmək üçün matçdakı rəsmi şəxslərin hesabatını gözləyəcəyini açıqlayıb.

"Stadionda dronun uçması ilə əlaqədar hakim təhlükəsizlik səbəbindən qarşılaşmanı ilk hissədə dayandırıb. 24 dəqiqədən sonra oyun davam edib və insidentsiz başa çatıb" deyə cavabda bildirilir.

Görüşü Con Bitonun rəhbərliyi altında şotlandiyalı hakimlər briqadası idarə edib. Hakim-inspektor norveçli Yon Eylif Skyervold, UEFA nümayəndəsi isə avstriyalı Maykl Zoratti olub.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Ağdam klubunun 2-ci qolundan sonra "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib.

Nəticədə qarşılaşmada fasilə yaranıb. Lüksemburqun idman naziri Dan Kerş stadionda çıxış edərək ölkəsi adından Azərbaycan xalqından üzr istəyib.

Bundan sonra isə oyun qaldığı dəqiqədən davam edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA