Avropa Liqasının ikinci turu çərçivəsində ÇSKA ilə qarşılaşan "Espanyol" Moskvada 2:0 hesablı qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, bu qələbə ispan klubunun forvardı U Ley üçün yaddaqalan olub. Məsələ burasındadır ki, qollardan birinin müəllifi olan 27 yaşlı hücumçu qrup mərhələlərində qol vuran ilk çinli kimi tarixə keçib.
Buna qədər çinli futbolçular təsnifat mərhələsində qol vurmuşdular. Amma qrup mərhələlərində ilk qolu məhz U Ley vurmuş oldu. Çinlilərdən avrokuboklarda ilk qolu Sun Tsixay vurub. O, 2003-cü il avqustun 14-də “Mançester Siti”nin heyətində UEFA kubokunun təsnifat mərhələsində TNS klubu ilə görüşdə fərqlənmişdi.

