Avropa Liqasının qrup mərhələsinin ikinci turundan keçirilmiş "Beşiktaş" - "Vulverhempton" qarşılaşmasında 39 illik həsrətə son qoyulub.
Sportinfo.az xəbər verir ki, oyunun son saniyələrində qol vuran "canavarlar" 1980-cı ildən bu yana ilk dəfə avrokubokların əsas mərhələsində qələbə qazana biliblər.
İngiltərə klubu avrokubokların əsas mərhələsində son qələbəsini məhz 39 il əvvəl - ovaxtkı UEFA Kubokunun 1/32 finalında PSV ilə görüşdə əldə etmişdi - 1:0.
"Qara qartallar" isə Avroliqanın qrupunda cari mövsüm ardıcıl ikinci məğlubiyyəti aldılar. 1-ci turda Bratislava səfərində "Slovan"a 2:3 hesabı ilə uduzan İstanbul klubu "Vulverhempton"a öz evində yenildi - 0:1.

