İkardi "Qalatasaray"a çətin qələbə qazandırdı

16 Fevral 2024 00:10 Avropa Liqası 585
İkardi "Qalatasaray"a çətin qələbə qazandırdı

“Qalatasaray” Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az” xəbər verir ki, sarı-qırmızılar “Sparta”nı (Praqa) qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşün taleyini həll edib.

Qonaqlarda isə 47-ci dəqiqədə Angelo Presiado və 65-ci dəqiqədə Yan Kuçta adını tabloya yazdırıb.

Qonaqlarda isə 80-ci dəqiqədə Matey Runes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Matçın revanş qarşılaşması fevralın 22-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”