“Qarabağ”da eniş: Bu oyunla hara gedirlər? - VİDEO

4 Sentyabr 2023 13:00 Premyerliqa 2 220
“Qarabağ”da eniş: Bu oyunla hara gedirlər? - VİDEO

Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vuruldu.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov geridə qalan hesabat həftəsiylə bağlı şərhlərlə diqqət çəkib.

O, xüsusilə "Qarabağ"dakı enişlə bağlı maraqlı fikirlər səsləndirib:

“Gəlin, etiraf edək ki, Ağdam klubu ötənilkindən xeyli fərqlənir. Komandanın oyun planında müəyyən geriləmələr hiss edilir.

Mövqelər, xətlərarası məsafələrdə, topa sürət vermədə, tempdə fərqliliklər var. Düzdür, “Səbail”lə matçda da əsas heyət üzvlərindən bir neçəsi yox idi.

Ötən mövsümdə bunun şahidi olmuşduq. Lakin keçən il qol epizodlarını dəyərləndirmək sarıdan faydalı iş əmsalı yüksək idi".

Tanınmış yazar "Araz Naxçıvan"la bağlı dəyərləndirməsində deyib ki, hər həftə komanda üzərinə qoyaraq irəliləyir.

Doğma meydanda oynayacağı təqdirdə Naxçıvan klubunu məğlub etmək, xal almaq daha çətin olacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti