"Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq" - Fransalı

4 Noyabr 2022 13:40 Avropa Liqası 2 927
"Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq" - Fransalı

"Qələbəyə baxmayaraq, mərhələni "Qarabağ" da keçə bilərdi.

Buna görə heç vaxt məyus olmazdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare Yunanıstanda "Olimpiakos"a 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, son tur öncəsi bütün diqqətləri öz oyunlarında olub:

"Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq".

G qrupunda 2-ci pilləni tutan "Nant" Avropa Liqasının pley-off mərhələsində Çempionlar Liqasından gələn komandalardan biri ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik