Təxirə salınan oyun baş tutmayacaq - 8 futbolçu və 5 məşqçi koronavirusa yoluxduğu üçün

11 Dekabr 2021 18:20 Avropa Liqası 2 308
Təxirə salınan oyun baş tutmayacaq - 8 futbolçu və 5 məşqçi koronavirusa yoluxduğu üçün

Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turundan təxirə salınan "Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) qarşılaşması keçirilməyəcək.

Sportinfo.az xəbər verir ki, London təmsilçisində 8 futbolçu və 5 məşqçi koronavirusa yoluxduğu üçün matçın 31 dekabradək oynanılması mümkün olmayacaq.

Görüşün taleyi ilə bağlı qərarı UEFA Nəzarət, Etika və İntizam Komissiyası verəcək.

"Tottenhem" öhdəliyi yerinə yetirmədiyi üçün komandaya texniki məğlubiyyətin veriləcəyi gözlənilir.

Beləliklə, İngiltərə təmsilçisi G qrupunu 7 xalla üçüncü pillədə başa vuracaq və avrokuboklarla vidalaşacaq. Niderlandın "Vitess" klubu isə pley-offa yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”