Azərbaycan millisi dünya reytinqində gerilədi

16 Sentyabr 2023 02:30 Basketbol 1 083
Azərbaycan millisi dünya reytinqində gerilədi

Kişi basketbolçulardan ibarət Azərbaycan yığması FİBA-nın yenilənmiş dünya reytinq cədvəlində mövqeyini daha da pisləşdirib.

Sportinfo.az xəbər verir ki, millimiz daha beş pillə geriləyərək 66,7 xalla 118-ci yerdə qərarlaşıb.

Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqiblərinin göstəriciləri isə belədir: İsveçrə (63-cü yer, 172,1 xal), Kosovo (77 – 121,1) və İrlandiya (85 – 113,1).

Seçmə mərhələ oyunları 2024-cü ilin fevralında başlayacaq. Ümumilikdə FIBA reytinqinə 159 milli komanda daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!