Premyer Liqa klubunun yeni baş məşqçisinin adı… SON DƏQİQƏ

7 Aprel 2024 14:25 Araz-Naxçıvan 5 616
Premyer Liqa klubunun yeni baş məşqçisinin adı… SON DƏQİQƏ

Azər Bağırovun istefasını qəbul edən «Araz-Naxçıvan»ın yeni baş məşqçisinin kimliyi böyük ölçüdə bilinib.

Bu barədə Sportinfo.az-a Muxtar Respublika təmsilçisindən məlumat daxil olub.

Bildirilib ki, vakant posta Elmar Baxşıyevin gətirilməsi gündəmdədir. Yaxınlarda «Qəbələ»dən ayrılan mütəxəssislə artıq ilk görüşmə keçirilib.

Danışıqların gedişi ümidvericidir - Baxşıyev region təmsilçisini çalışdırmağa cani-dildən razıdır.

Güman ki, bu təyinat bir müddət sonra açıqlanacaq, çox çəkməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”