"Çelsi", "Bazel" və "Leqanes"in futbolçuları Premyer Liqamızda

5 Fevral 2023 13:20 Araşdırma 1 694
"Çelsi", "Bazel" və "Leqanes"in futbolçuları Premyer Liqamızda

Azərbaycan Premyer Liqasında indiyə qədər fərqli ölkələrdən çox sayda legioner çıxış edib.

Çempionatımızda oynamış qanalıların sayı bu qışa qədər doqquz idi.

"Sumqayıt”"ın yeni transferi bu ölkədən olan legionerlərin sayını 10-a çatdırdı.

Belə ki, "gənclik şəhəri" təmsilçisinin yeni forvardı, Premyer Liqanın 20-ci turunda “Turan Tovuz”a qarşı keçirilən görüşündə komandasının qollarından birinin müəllifi Karim Abubakar qışda "Bney Yehuda"dan Azərbaycana gəldi. Premyer Liqamıza gələnə qədər daha çox aşağı liqalarda oynamış qanalı hazırda komandanın əsas hücumçularından biri hesab edilir.

Abubakara qədər isə çempionatımızda adından söz etdirmiş qanalılar az olmayıb. Xatırladaq ki, Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Sumqayıt" hamıdan daha çox - 2 qanalıya ehtiyac duyub.

Kinqslki Atakora
Premyer Liqamızın ilk qanalısı Kinqsli Atakoradır. 2005/2006 mövsümündə avrokuboklarda "Nistru" ilə qarşılaşan "Xəzər Lənkəran" mərhələ adlaya bilməsə də, Cənub klubunun məşqçilər korpusu məhz həmin görüşdə afrikalını bəyənərək komandaya cəlb etmişdi. Amma o, komandaya gəldiyindən az müddət sonra ağır zədə aldığı üçün ölkəmizi tərk etmişdi. O, hazırda futbol agenti kimi çalışır.



Edmond Ntiamoa
Ölkəmizə ikinci qanalını gətirən klub da "Xəzər Lənkəran" olub. Belə ki, cənublular bu dəfə Edmond Ntiamoa ilə anlaşmışdı. Adıçəkilən forvard komandanın Azərbaycan çempionluğunda və kuboku qazanmasında böyük pay sahibi olmuşdu. Ölkəmizə gələnə qədər "Bazel", "Diyarbəkirspor", "Lutsern" kimi klublarda oynamış 42 yaşlı veteran futbolçu İsveçrəyə qayıdaraq karyerasının son illərini bu ölkədə keçirmişdi.

Qodsvey Donyo
Yayda "Neftçi"yə keçən qanalı komandada çox qalmadı. "Makkabi"də (Hayfa) özünü ən yaxşı tərəfdən göstərmiş forvard Azərbaycanda özünü heç cürə sübut etmədi və bu qış Kiprə yollandı. O, Limassolun "Apollon" klubu ilə müqavilə imzaladı.



Kvame Karikari
Əslində, Kvame "Neftçi"yə böyük ümidlərlə dəvət edilmişdi və Azərbaycana gələnə qədər yetərincə normal klublarda oynamışdı. Lakin forvard burada çox qalmamış və Gürcüstana yollanaraq "Dinamo"(Tbilisi) ilə anlaşmışdı. 31 yaşlı hücumçu hazırda Hindistanın "Çennayin" komandasının formasını geyinir.



Frensis Bossman
Qana yığmasında oynadıqdan sonra Azərbaycana gəlmiş futbolçulardan biri də Frensis Bossmandır. Karyerası ərzində ölkəsi ilə yanaşı Serbiya, Azərbaycan və Monteneqroda çıxış etmiş həyatı veteran futbolçu artıq karyerasını başa vurub. O, vaxtı ilə "Sloboda"dan (Uziçe) ayrılaraq "Rəvan"la anlaşmışdı.



Maykl Esyen
Azərbaycanda oynamış legionerlər arasında ən zəngin karyeraya malik qanalı isə Maykl Essiendir. Vaxtı ilə “Lion”, “Çelsi”, “Real”, “Milan” kimi iddialı klublarda oynasa da, afrikalı “Səbail”də yalnız vaxt keçirməklə məşğul olmuşdu.



Ovusu Kvabena
Qanalı vaxtı ilə “Akkra”dan “Leqanes”ə transfer olsa da, bu komandada bir rəsmi oyuna da çıxmamışdı. “Ovyedo”, “Kartaxena”, “Salamanka”, “Kordoba”da icarə əsasında oynadıqdan sonra 2020-ci ildə “Qarabağ”a keçmiş Kvabena Ağdam klubunda özünə yeni səhifə açmışdı. O, burada özünü yaxşı tərəfdən göstərə bildi. Bir müddətdlik “Ankaragücü” macərasından sonra "Qarabağ"a qayıtmış qanalı bu qış "Ferentsvaroş"a transfer oldu (sportal.az).


Digər Xəbərlər
Xəbər Lenti