20 kluba sanksiya tətbiq olunacaq? – UEFA araşdırma aparır

23 Avqust 2022 22:00 Araşdırma 834
20 kluba sanksiya tətbiq olunacaq? – UEFA araşdırma aparır

“Barselona”, PSJ, “İnter”, “Arsenal” və “Yuventus” da daxil olmaqla 20 klub maliyyə feyr-pleyi qaydalarını pozmaqda şübhəli bilinir.

Sportinfo.az xəbər verir ki, ötən mövsüm qaydaları pozan 10 kluba qarşı UEFA-nın gələn ay sanksiyalar tətbiq etməsi gözlənilir.

Siyahıya “Barselona”, PSJ, “Yuventus”, “İnter” və “Roma” da daxildir. Könüllü razılaşma çərçivəsində PSJ və “Marsel” cərimələnəcək, “İnter”lə “Roma” isə cərimə və transfer məhdudiyyəti ilə cəzalandırılacaq.

“Barselona” və “Yuventus” maliyyə feyr-pleyi ilə bağlı UEFA ilə danışıqlardan imtina edib.

Ümumilikdə 20-yə yaxın klub şübhə altındadır. Amma hələlik bütün klublar UEFA-ya hesabat təqdim etməyib. Bu səbəbdən, onların vəziyyəti dəyişə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti